«

»

Янв 09

Azərbaycan: 2017-ci ildə 59 hərbi qulluqçu dünyasını dəyişib – STATİSTİKA

2017-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verir.
Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 19 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 4 hərbçi xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 5 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu, tank, ağac altında qalma və s.) dünyasını dəyişdiyi bildirilir. 13 nəfər naməlum hadisə səbəbindən, 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 4 nəfər avto-qəzadan, 1 nəfərsə xilasetmə tədbirləri nəticəsində dünyasını dəyişib.
Dünyasını dəyişənlərin 16 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 31 nəfəri əsgər, 3 nəfəri gizir, 9 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 52 nəfəri Müdafiə Nazirliyinin, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olublar.
Ötən dövrdə ümumilikdə 17 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi erməni gülləsindən yaralanıb, 5 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində xəsarət alıb, 1 nəfər intihara cəhd edib. 3 nəfərin xəsarət almasının səbəbələri açıqlanmır.
Dünyasını dəyişən hərbçilərdən azı 4 nəfərinin adı „Cəsus qalmaqalı“ ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda online mediada məlumat yayılıb.
Hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 7 dinc sakin həlak olub. 2 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4 nəfərsə naməlum səbəblərdən həyatını itirib. Bir mülki şəxs erməni gülləsindən yaralanıb. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Источник: https://caspiandefense.wordpress.com/2018/01/07/az%c9%99rbaycan-2017-ci-ild%c9%99-59-h%c9%99rbi-qulluqcu-duenyasini-d%c9%99yisib-statistika/

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Можно использовать следующие HTML-теги и атрибуты: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>